Şəki kəndlərində bankomat çatışmazlığı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Şəkinin rayon mərkəzi ilə yanaşı, kəndlərinin də bankomatlaşdırılması davam edir. Artıq bir neçə kənd sakini bu imkandan yararlanır. Bu istiqamətdə işlər davamlı surətdə aparılır. Son 3 il ərzində Şəkinin 10-a yaxın kəndində bankomat quraşdırılıb. Artıq bu kəndlərin əhalisi pensiya və əmək haqlarını rayon mərkəzinə getmədən ala bilirlər.

Bu işlər planlı şəkildə aparılır. Bankomatların quraşdırılması zamanı bir sıra nüanslar nəzərə alınır. Belə ki, kəndlərdə quraşdırılan bankomatlardan ətraf kəndlərin sakinləri də istifadə edirlər. Bu isə rayon mərkəzindən uzaqda yerləşən kənd sakinləri üçün daha münasibdir. Bununla belə bir çox kənd sakinləri onlara yaxın ərazidə bankomatın olmamasından gileylənirlər.

Onların sözlərinə görə, əmək haqqı və pensiya almaq üçün şəhərə getmək məcburiyyətində qalırlar ki, bu da onlar üçün əlavə vaxt itkisi deməkdir. Hazırda bankomat olmayan xeyli sayda kənd var. Bəzi kəndlərdə bələdiyyə sədrləri müvafiq banklara bu barədə müraciət etdiklərini və müsbət cavab aldıqlarını bildirirlər. Aşağı Küngüt kəndində bankomat quraşdırılarsa, digər 8 kəndin sakinləri pensiya və əməkhaqlarını rahat şəkildə ala biləcəklər. Bu isə ilk növbədə, yaşlı və xəstə insanların əziyyətinə son qoyacaq.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото