“DəmirBank” “Uğur” milli mükafatına layiq görülüb

"DəmirBank" "Şəffaf pərakəndə bankçılıq" xidmətlərinə görə "Uğur" milli mükafatına layiq görülüb. Bank 2014-cü ildə müştərilərə göstərilən xidmətlər və şəffaf əlaqələrin quruluması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirib. Bunlar sırasında müştərilərə maliyyə savadlılığının artıılması mövzusunda təlimlərin həyata keçirilməsi, Bank sənədlərin, müqavilələlərin daha sadələşdirilmiş formatda müştərilərə çatdırılması, Bankın xidmətləri və məhsulları barəsində, həmçinin xidmət səviyyəsi ilə bağlı müştərilərin irad və təkliflərini bildirmə kanallarının genişləndirilməsi və digər bir sıra tədbirlər aiddir. Qeyd edək ki, ötən il də "DəmirBank" fəaliyyətində şəffaflıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə "MicroFinance Transparency" təşkilatı tərəfindən də "Qiymətləndirmənin Şəffaflığı Möhürü" ilə mükafatlandırılıb.
 

"Uğur" milli mükafatının təqdimetmə mərasimdə çıxış edərək, Bankın hər zaman şəffaflıq prinsiplərini öncül tutduğunu qeyd edən "DəmirBank"ın sədr müavini Azər Hümbətov öz çıxışında bildirmişdir: "Uğur" milli mükafatına layiq görülməyimiz, gördüyümüz işlərin, böyük əməyin nəticəsidir. Ancaq hesab edirəm ki, bu eyni zamanda işlərimizi daha da uğurla davam etdirməyimiz üçün yeni bir məsuliyyət yaradır."
 

Xatırladaq ki, "Uğur" milli mükafatı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində ciddi nəticələrə nail olmuş, dünya iqtisadiyyatına inteqrasiyaya, yeni və uğurlu layihələri həyata keçirərək ölkə əhalisinin rifah halının yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaratmış şirkətləri mükafatlandırır. Mükafat 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis edilib.
 

Ölkənin ilk kommersiya banklarından biri olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir. "DəmirBank" həmçinin "Fitch Ratings" beynəlxalq qiymətləndirmə agentliyinin "stabil", "Planet Rating" agentliyinin isə "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.
 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az