“DəmirBank” sahibkarlar üçün “Açıq qapı” tədbiri keçirib
"DəmirBank" biznesini inkişaf etdirmək üçün əlverişli şərtlərlə kredit götürmək istəyən sahibkarlar üçün "Açıq qapı" tədbiri keçirib. Tədbir zamanı sahibkarların biznes kreditləri ilə bağlı sualları kredit mütəxəssisləri tərəfindən cavablandırılmış və onlara bizneslərini inkişaf etdirmə istiqamətində məsləhətlər verilmişdir. Bununla yanaşı, sahibkarların müxtəlif məbləğdə biznes kreditləri üzrə sifarişləri də qəbul edilmişdir.

"DəmirBank" müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir. "DəmirBank" həmçinin "Fitch Ratings" beynəlxalq qiymətləndirmə agentliyinin "stabil", "Planet Rating" agentliyinin isə "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.
 
Bankla əlaqə saxlamaq üçün:
 
Məlumat Mərkəzi : (012) 149