"Parabank"dan bağlanma xəbərinə - CAVAB

Day.Az представляет новость на азербайджанском языке:

Dünən AzNews.az "Parabank"da Vergilər Nazirliyi və Mərkəzi Bank böyük yoxlamalara başlaması və aşkarlanan nöqsanlara görə bankın fəaliyyətinin hər an dayandırıla biləcəyi ilə bağlı xəbər vermişdi.

Həmin xəbərdən sonra "Parabank"dan informasiya ilə bağlı rəsmi açıqlama gəlib.

"Parabank"ın İdarə Heyətinin sədrinin I müavini Azər Rəhimlinin açıqlamasını təqdim edirik:

"AzNews.az" informasiya portalının saytında 2015-ci il iyulun 29-da yazıb yaydığı - "Parabank" da bağlana bilər - 40 milyonluq dələduzluğa görə" başlığı altında məlumatla əlaqədar olaraq bildiririk ki: Hazırda Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən heç bir yoxlama keçirilmir. Əvvəlki yoxlamalar zamanı isə qanun pozuntuları aşkarlanmayıb. Bank öz fəaliyyətini davam etdirərək müştərilərinə xidmət göstərir və filiallar şəbəkəsinin genişləndirilməsi üçün çalışır".