Bu bank müflis elan edildi

Day.Az представляет новость на азербайджанском языке:


1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə "EvroBank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. 

Virtualaz.org-a istinadən xəbər verir ki, bankın ləğvedicisi qismində "Azerbaijan İnternational Consulting Company" şirkəti təyin edilib.
 

Şirkətin məlumatında qeyd edilir ki, "EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması ( 50 milyon manat - İF-Az) üzrə tələblərə əməl etməyib. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq bu müddət ərzində onlar icra edilməyib. Bunun əsasında AMB bankın lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
 

"EvroBank" 1992-ci ilin dekabr ayından fəaliyyət göstərib. 1 filialı, 11 milyon manat nizamnamə kapitalı və 40 milyon manat kredit portfeli vardı.