Bu gün Samsung Galaxy S6 Edge+ smartfonunun Azərbaycanda rəsmi satışa çıxma günüdür

Bu gün Sentyabr ayının 4-də Samsung Galaxy S6 Edge+ smartfonunun Azərbaycanda rəsmi satışa çıxma günüdür. Bununla əlaqədar, dünən Samsung brend store-da buna həsr olunmuş hədiyyəli və əyləncəli tədbir keçirilmişdir. Bu tədbir Samsung müştərilərinə bol-bol əyləncə və unudulmaz xatirələr bəxş etdi. İştirakçılar smartfonla yaxından tanış olmaqla yanaşı, eyni zamanda əyləncəli viktorinaya qatılıb, Samsung şirkətindən bir çox hədiyyələr qazana bildilər.
 

Xatırlatmaq istəyirik ki, yeni smartfon 8 nüvəli prosessor, 4 GB RAM və 32 GB fleş yaddaş, 3000 meqaamper/saatlıq batareyaya malikdir.