Bank məhkəməyə verildi

Day.Az представляет новость на азербайджанском языке.

"Bank Standard" QSC "Bank of Azerbaijan" ASC-ni məhkəməyə verib.

APA-nın məlumatına görə, "Bank Standard" QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardadla razılaşmayan "Bank Standard" apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.