Fibron-siqaret öskürəyinə son

Tənəffüs sisteminin ən mühüm hissəsi olan ağciyərlər hər nə qədər özlərini təmizləyən orqanlar olsalar da, ətraf mühitin yaratdığı toz, siqaret dumanı və toksinlərdən təsirlənməsi zaman getdikcə zəifləyir. Ağciyərlərin xaricdən gələn kimyəvi, mexaniki və ya temperatur fərqliliyi yaradan faktorlara qarşı yaranan bir refleksi olan öskürək, meydana gəlmə forması ilə müxtəlif mənalar daşıyır.

Öskürəyi tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn, bədənin özünü müdafiə mexanizmi kimi qiymətləndirmək olar. 

Sağlam insan nəfəs borusunun "yad" olaraq qəbul etdiyi bəzi maddələri bayıra atmaq üçün öskürür. Ətrafdan gələn bir tüstü qoxusu və ya kəskin bir yuyucu vasitənin qoxusu da öskürəyin səbəbi ola bilər. Bədənin müdafiə mexanizmləri arasında önəmli yer tutan öskürək nəfəs yollarında (traxeya və bronxlarda) əmələ gəlir və bəlğəmin bayıra atılmasını təmin edir.

Bu təbii mexanizmlərdən başqa bəzi xəstəliklərin "xəbərçisi" (ilkin əlaməti) olan öskürək, uzun müddət davam etdikdə insanın əmək qabiliyyətini aşağı salır. Öskürək hava-damcı yolu ilə bəzi infeksion faktorların digər şəxslərə yayılmasına yol açır.

Ümumdünya Səhiyyə Təşiklatının statistik məlumatına görə hazırda dünyada 1.2 milyard insan siqaret çəkir. 

Siqaretin  ən ağır zərəri ağciyərlərə  vurduğu zərbədir. Belə ki, agciyər xərçəngindən əziyyət çəkənlərin 80 % siqaret istifadəçilərdir. Tütünün tərkibində olan karbonmonooksid, nikotin,  qətran, kimi maddələr ağciyər xərçəngi  başda olmaqla tənəffüs  sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə qapı  açır. Ağciyərlərin təbii müadifə sistemi pozulur, infeksiyalar asanlıqla tənəffüs yoluna daxil olur. Siqaret öskürəyi çox tipik bir öskürəkdir. İlk əvvəl quru başlayan və illər sonra siqaretin bronxlarda yaratdığı təbəqə (qat) ilə əlaqədar bol ifrazatlı, adət etdiyimiz şəklə düşür və adətən səhər vaxtlarında bəlğəm ifrazı ilə müşayiət olunur. Belə öskürək təkrarlanan olur və bəlğəm bayıra atıldıqda insan rahat nəfəs alır. 

Sağlamlığa zərərli olan siqaretdən çox istifadə bəlğəm və xroniki öskürəyə də səbəb olur.

Fibron bəlğəmgətirici preparatdır. Fibron tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kirpikli epitelin hərəki aktivliyini artırır. Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir. Öskürək və tənəffüs mərkəzlərinin qıcıqlanmasını azaldır, bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır, öskürək əleyhinə təsir göstərir.Fibronqatı bəlğəmi yumşaldır və qıcıqlanmadan uzun müddət qoruyur Fibron həmçinin çirklənmə, siqaret nəticəsində yaranan öskürəyə də təsir göstərir və öskürək tutmasını azaltmağa kömək edir. Fibron ağciyərləri siqaretin zərərli təsirlərindən qoruyur və ağciyər xərçənginin əmələ gəlmə riskini azaldır. Fibronun tərkibində şəkər əvəzi sorbitol vardır ki, bu da preparatın şəkərə həssas insanlar tərəfindən mənimsənilməsinə imkan verir.

Qəbul qaydası və dozalanması: Birinci 2-3 gün ərzində 5 ml gündə 3 dəfə, qalan 7-8 gün ərzində 5 ml olmaqla 2 dəfə daxilə qəbul etmək lazımdır.

Unutmayın ki, dünyada ölümlə nəticələnən xəstəliklərin səbəbləri arasında siqaret ilk sırada iştirak edir. Ağciyər xərçəngi, ani ürək ölümləri, XOAX ( xronikiobstruktiv ağciyər xəstəliyi) kimi bir çox ciddi narahatlığa gətirib çıxaran siqaret, həyat müddətini də qısaldır.

Sifariş üçün *7700 nömrəsinə müraciət edə bilərsiniz.