“DəmirBank” qısa müddətdə yüksək gəlir təklif edir

"DəmirBank" manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir. Bank manat əmanətləri üzrə faiz dərəcələrini 6 aya illik 12% təklif edir ki, bu da müştərilərə qısa müddətdə gəlirlərini artırmağa imkan yaradır. Əmanətlər 1 illik yerləşdirildikdə isə müştərilər 14% gəlir əldə bilərlər.

Bu kampaniyadan istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə "DəmirBank"ın istənilən filialında açdırmaq mümkündür.

"DəmirBank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə müvafiq olaraq əhalinin "DəmirBank"da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir. "DəmirBank" həmçinin "Fitch Ratings" beynəlxalq qiymətləndirmə agentliyinin "stabil", "Planet Rating" agentliyinin isə "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az