Kərəm Həsənovdan yeni

Day.Az представляет новость на азербайджанском языке

--------
13:34

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub.

Modern.az saytının əldə etdiyi məlumata görə, komitə sədri Kərəm Həsənovun əmri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsinə Hikmət Mustafayev təyin edilib. H.Mustafayev buna qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsində sektor müdiri vəzifəsində çalışıb.

Bununla yanaşı, müavin postuna da yeni təyinat olub.

Belə ki, buna qədər 13 saylı Şirvan ərazi İdarəsinin rəisi olmuş Namiq Zeynalov H.Mustafayevin müavini təyin olunub.

---------
12:24

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəhbərliyindəki dəyişikliklərə aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, DƏDRX-in vəzifəsindən azad edilmiş keçmiş rəisi Məhəmməd İmanov komitənin tərkibindəki digər qurumun - İstehsal və xidmət müəssisə və obyektlərinin idarəetmə mərkəzinə (İXMM) direktor təyin edilib. Vəzifəsindən azad edilmiş DƏDRX rəisinin müavini Seymur Əliyev isə Reyestr xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə rəis təyin olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.