Elşad Abbasov “Embawood” şirkətinin müşahidə şurasının sədri təyin edilib

Embawood şirkətində idarəetmənin təkmilləşdirilməsi məqsədilə şirkətin təsisçilərinin Ümumi yığıncağında yeni idarəetmə orqanı olan müşahidə şurasının yaradılması qərara alınmışdır.

Yeni yaradılmış orqanın sədr vəzifəsinə şirkətin baş direktoru Elşad Abbasov təyin edilmişdir.

Qeyd edilən dəyişikliklə əlaqədar Embawood-un baş direktoru vəzifəsinə şirkətdə uzun müddət maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Tamerlan Kurkiyev təyin edilmişdir.