“PAŞA Həyat” “Ən yaxşı müştəri təcrübəsi” mükafatına layiq görülüb

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat" Rumıniyanın Braşov şəhərində keçirilən "FIAR 2016 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu"nda xüsusi beynəlxalq mükafata layiq görülüb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, "XPRIMM" Beynəlxalq Media Qrupu tərəfindən təşkil edilən forum çərçivəsində "PAŞA Həyat" Azərbaycanda "Ən yaxşı müştəri təcrübəsi" nominasiyası üzrə mükafata layiq görülüb.

Forumun işində və mükafatların təqdimetmə mərasimində "PAŞA Həyat" rəhbərlik səviyyəsində təmsil olunub.

Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə Şərqi Avropa və MDB ölkələrinin sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatları da mükafatlandırılıb.

Qeyd edək ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sektoru şirkətlərinin rəhbər və mütəxəssislərindən ibarət iştirakçıları qatılır.

Çağrı Mərkəzi 942

Nərimanov r-nu, Mayakovski küçəsi, 15

Bakı AZ1154, Azərbaycan

Tel: (+99412) 567 32 36

Faks: (+99412) 567 32 39

Mob: (+99450) 282 13 32

E-mail: [email protected]

www.pasha-life.az