Artıq mənzilləri ilkin qeydiyyatlı (kupçalı) əldə edə biləcəksiniz!

Yəqin ki, hamımız gün ərzində bir neçə dəfə mənzil satışına dair müxtəlif reklamlara rast gəlirik. Əhalinin artımını və köhnəlmiş binaların vaxtının ötməsini nəzərə alaraq, insanların yeni mənzillərə böyük tələbatının olduğu hələ də aktual olaraq qalır. Buna mənzil şəraitini yaxşılaşdırmaq istəyənləri də əlavə etsək, bu tələbatın nə qədər yüksək olduğunun şahidi oluruq.

Lakin əhalinin böyük kütləsində mənzil alarkən onun sənədləşməsində ciddi şübhələr mövcuddur. Bunun ən əsası mənzilin bir neçə nəfərə satılması və ölçülərin reallıqdan fərqli olmasıdır. Bir çox ölkələrdə mənzillər alınarkən bina tikintisi başa çatmasa belə ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilir. Azərbaycan Respublikasında da belə  nümunələr artıq tətbiq edilməyə başlanılır. Rast gəldiyimiz bir reklamda bunun olduğunu öyrəndik. XALQ CİTY MTK-nın təklif etdiyi NOVA CİTY Yaşayış Kompleksində mənzillər satışa ilkin qeydiyyatla çıxarılır və müştəri bir həftə ərzində mənzilinə sənəd (kupça) alır.

Beləliklə, təqdim edilən bu sənəd Dövlət Reyestr Xidmətində qeydiyyata alınır və bu mənzilin ikinci bir şəxsə satışı qeyri-mümkün olur.

Bununla əlaqədar Dövlət Reyestr Xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirdilər ki, bu praktika üçün Azərbaycanda hüquqi baza mövcuddur və tətbiq olunur. XALQ CİTY MTK-ya da bu sənəd verilib və müştərilərinə çox qısa müddətdə və sadə sənədləşmə ilə İlkin qeydiyyat Sənədi (Kupça) veriləcəkdir.

Əldə etdiyimiz məlumata görə, mənzillər 20 illik manatla ipoteka ilə və tam təmirli şəkildə təqdim edilir.

Əlaqə saxlamaq istəsəniz : (050)-296-46-46, *4646