SOCAR İstiqrazları günü-gündən bahalaşır

Bakı Fond Birjasında (BFB) alğı-satqı əməliyyatları davam edən SOCAR İstiqrazlarının qiyməti bir qədər də bahalaşıb. Belə ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1% bahalaşaraq, 1 010.00 dollara qədər yüksəlib.

Xatırladaq ki, SOCAR İstiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır.

SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.