Müştərilərin rahatlığı üçün

17 февраля 2017 12:26

Azər Türk Bank və onlayn ödəmə xidməti provayderi GoldenPay arasında müqavilə imzalanmışdır.

Müqaviləyə görə plastik kart sahibləri Azər Türk Banka olan kredit kartı və cari kredit borclarını Hesab.az portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.