AGBank ASC bayram günləri müştərilərə xidmət göstərəcək

Müştərilərə bank xidmətlərindən istifadə imkanının yaradılması üçün AGBank ASC -nin  Bakı şəhərinin mərkəzində yerləşən VİP filial bayram günlərində çalışacaq.

İçəri şəhər, Qüllə küçəsi 16  ünvanında yerləşən VİP filialı  saat 10:30-dan 20:00 -dək, 20-25 mart tarixlərində fəaliyyət göstərəcək.

AGBank ASC xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank ASC, bu il özünün 25-ci yubileyinə qədəm qoyur.