AGBank İslam Həmrəyliyi oyunlarının qaliblərinə biganə qalmadı

IV İslam Həmrəylik - böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışıdır.

Bakı 2015 Avropa oyunlarından sonra növbəti mötəbər idman oyunlarının Azərbaycanda keçirilməsi dünya miqyasında Azərbaycanın güclü bir nüfuza malik olmasının göstəricisidir.

Azərbaycan yığması ümumi medal sayında iştirakçı ölkələr arasında 1-ci olub. Bununla da Azərbaycan  tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. AGBank ailəsi, Azərbaycan bayrağını İslam Həmrəylik oyunlarında daha da yüksəldən qaliblərimizə hədiyyələr təqdim edərək təşəkkür edib.  

1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.agbank.az  saytına, 135 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

AGBank. Zəngin olmaq - haqqınızdır.