"Tottenhem" - "Qarabağ" matçının başlama vaxtı açıqlandı

Day.Az представляет новость на азербайджанском языке.


Avropa Liqasında yoluna davam edən "Qarabağ" qrup mərhələsində ilk oyununu "Tottenhem"ə qarşı keçirəcək. Sport7.az xəbər verir ki, komandalar arasında ilk görüş İngiltərədə baş tutacaq.

Artıq bu qarşılaşmanın başlama saatı da məlum olub. Belə ki, maraqla gözlənilən oyun Bakı vaxtı ilə 00:05-də start götürəcək. Məlumat ingilis klubun rəsmi saytında qeyd olunub.

Qeyd edək ki, oyun sentyabrın 17-də baş tutacaq.