Tbilisi zooparkı fəlakətdən sonra - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Təbii fəlakət zamanı Tbilisidə zoopark, demək olar ki, tamamilə dağıldı. Hazırda burada yenidənqurma və bərpa işləri aparılsa da, hələ görüləsi çox iş qalıb. TTV (Region TV) xəbər verir ki, daşqınlar zamanı zooparkdan qaçan heyvanların bir qismi geri qaytarılsa da, bir qismi selin qurbanı oldu.
 

Hazırda zoopark qismən fəaliyyət göstərsə də, ziyarətçi üzünə həsrət qalıb. Tbilisi zooparkanın əməkdaşı deyir ki, bura sentyabrdan şəhər sakinləri və qonaqlar üçün tam hazır olacaq.
 

Zoopark əməkdaşı bildirdi ki, yeni məkan Tbilisi dənizinin yanında olacaq. Onun tikintisi isə bir neçə il vaxt apara bilər. O vaxta qədər isə zoopark ziyarətçiləri elə köhnə məkanda gözləyir.

Milli.Az

Videonu izləmək üçün klikləyin: