"Vor zakon" məhkəmə zalından azad edildi - Sübut tapılmadı

Day.Az представляет новость на азербайджанском языке:

Gürcüstanlı "qanuni oğru" Temo Suxumski məhkəmə zalından azadlığa buraxılıb.
 

"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Temur Qvasaliya iki maddə üzrə təqsirli bilinirdi. O, cinayətkar aləmlə əlaqədə və narkotik cinayətində ittiham olunurdu. Lakin sübut yetərsizliyi üzündən hakim onu elə məhkəmə zalından azadlığa buraxıb.
 

Mayın 14-ü saxlanılan 1972-ci il təvəllüdlü avtoritet işğal olunmuş ərazilərdən Gürcüstana saxta pasportla keçməyə çalışarkən saxlanılmışdı.