Mobil telefonlar belə olacaq - 3 il sonra

Day.Az представляет новость на азербайджанском языке:

2013-cü ilin birinci rübündə bütün mobil telefonların rüblük tədarük həcminin 50 faizindən çoxunu ilk dəfə smartfonlar tutub. "IC Insights" şirkətinin analitiklərinin proqnozuna əsasən, 2015-ci ilin dördüncü rübündə smartfonların tədarük həcmi 435 milyona çatacaq ki, bu da ümumi tədarük həcminin 80 faizi deməkdir.


Mütəxəssislər, həmçinin əlavə ediblər ki, hələ 2013-cü ilin nəticəsinə görə smartfonlar 50 faizlik həddi ötüb. Gözləntilərə görə, 2018-ci ildə artıq bazara tədarük olunan bütün mobil telefonlar "ağıllı" kateqoriyasına şamil ediləcək.

Paralel olaraq smartfon seqmentinə aid olmayan daha sadə aparatların tədarükü azalacaq. 2013 və 2014-cü illərdə sadə aparatların tədarük həcmi müvafiq olaraq 18 və 23 faiz azalıb və 2015-ci ildə isə artıq 27 faizlik azalma qeydə alınacaq.

Bütövlükdə 2015-ci ildə mobil telefonlar bazarının həcmi yalnız 3 faiz artacaq. Ötən illə müqayisədə irəliləyiş 2 faiz azalacaq.
/ICTnews/