Bakıda qatar qəzasının dəhşətli görüntüləri - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bakıda dünən qatar törədən ağır yol qəzası barədə xəbər vermişdik. Milli.Az bu gün həmin qəzanın dəhşətli görüntülərini əldə edib.

Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxıb. Sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparıb.

Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.  

Böyütmək üçün şəkillərə klikləyin.