Bakıda azyaşlı uşağı at vurdu

Day.Az представляет новость на азербайджанском языке.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün saat 16.50 radələrində Maştağa qəsəbəsindən şəxsiyyəti məlum olmayan 8-10 yaşlarında oğlan uşağı bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, Maştağa qəsəbəsində yolun kənarı ilə hərəkət edən uşağı at vurub.