Nərimanov rayonunda 3 maşın toqquşdu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib.

Milli.Az APA-yа istinadən bildirir ki, hadisə Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, "Yaşıl bazar"ın qarşısında qeydə alınıb.

Qəza zamanı Rəşad Pənahovun idarə etdiyi "Opel" Pənah Məmmədovun idarə etdiyi "VAZ 2107"ni, o isə işıqforun qırmızı işığında dayanan, Şaiq İsayevin idarə etdiyi "Mercedes Benz"i vurub.

Zərərçəkən Pənah Məmmədovun sözlərinə görə, "Opel" sürətlə hərəkət edirmiş.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yararsız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə ifadələri alınmaq üçün yol polisi şöbəsinə aparılıblar.