Bakının sabahı qəza ilə açıldı: 4 minik maşını toqquşub

Day.Az представляет новость на азербайджанском языке.

Bakının böyük yollarından birində zəncirvari qəza baş verib. Sabunçu rayonu ərazisində, Şəhər şossesində (Zabrat yolu) baş verən qəzada 4 minik maşını toqquşub.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, maşınlardan üçü "Jiquli", biri isə "Mercedes"dir. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dyəib.