Paytaxt sabahı qəzayla açdı: "Mercedes" zay oldu - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Suraxanı rayonunda bu gün səhərə yaxın avtoqəza baş verib. Milli.Az Pressaz.com saytına istinadən xəbər verir ki, bu gün səhərə yaxın Suraxanı rayonu, dəmiryolu keçidi yaxınlığından üzü Suraxanı rayonu DYPİ istiqamətində yol nəqliyyat hadisəsi baş verib.

"Mercedes" markalı avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə daş hasara çırpılaraq güclü deformasiyaya uğrayıb.

Avtomobilin üzərindən dövlət nişanı çıxarılıb. Hadisə yerində heç bir şahidin və avtomobilin sürücüsü olmadığından xəsarət alanlar barədə məlumat bəlli olmadı. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət və sürücünün idarəetməni itirməsi olub.

Milli.Az pressaz.com saytına istinadən hadisə yerindən sayta göndərilən şəkilləri sizlərə təqdim edir.