Bakıda işıqforun işləməməsi ağır qəzaya səbəb oldu - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Yük maşını ilə minik avtomobili toqquşdu, səbəb isə işıqforun işləməməsi olub.

Milli.Az-a hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsimi rayonunda iki maşın toqquşaraq yararsız vəziyyətə düşüb.

Nəsibə Yusifbəyli küçəsinin kəsişməsində yük maşını ilə "Mercedes" markalı avomobillər işıqforun işləməməsinə görə qəzaya uğrayıblar.

Sürücülər arasında yaranmış anlaşılmazlıq və bir-birlərinə yol verməmələri sonda qəzanı qaçılmaz edib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Hazırda kimin günahkar olduğu araşdırılır.

Böyütmək üçün şəkilə klikləyin: