Nazirlik əməkdaşları Bakının mərkəzində qəza törətdilər - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Yol hərəkəti qaydalarına əməl etməyən Nəqliyyat Nazirlyinin əməkdaşları Bakının mərkəzində qəza törədiblər

Milli.Az xəbər verir ki, virtualaz.org saytının əməkdaşı həmin qəzanın şahidi olub.

Müxbir xəbər verir ki, qəza bu gün saat 12:15 radələrində Bakının Zorqe və Xəqani küçələrinin kəsişməsində baş verib. Qəzaya Nəqliyyat Nazirliyinə məxsus 10 PK 668 dövlət nömrə nişanlı maşının sürücüsünün özbaşınalığı səbəb olub.

Belə ki, heç nəyə məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan nəqliyyat işçiləri 90 EA 572 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobili vurub.

Qəzada xəsarət alan olmayıb. Nəqliyyat işçiləri məsələni yerindəcə həll etməyə və sürücünü razı salmağa çalışıblar.

Lakin "Hyundai"in sürücüsü hadisə baş verən əraziyə sığorta şirkətinin əməkdaşlarını çağırıb. Məsələ qanuni şəkildə həll olunub.

Nəqliyyat Nazirliyinin maşını evakuatorla ərazidən aparılıb.

Böyütmək üçün şəkillərə klikləyin: