Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü

Day.Az представляет новость на азербайджанском языке.

Dəhşətli qəzada ölən 34 yaşlı Sənan Quliyev subay olub.

Dünən Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, dəhşətli qəzada ölən 34 yaşlı S.Quliyev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.