Tovuzda xəstəxanada dava düşdü - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Tovuzda xəstəxanada qəribə hadisə yaşanıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Tovuz Mərkəzi Xəstəxanasında qəribə hadisə baş verib.

Əli kəsilərək xəstəxanaya çatdırılan, Qovlar sakini, 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı və pəncərəsini sındırıb. Hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümkün olub.

Zərərçəkənin qohumları bildirirlər ki, həyətində işləyərkən xəsarət alan Sadiq Əhmədovu xəstəxanaya çatdırsalar da növbətçi həkim yerində olmayıb. Baş verən hadisə ilə bağlı xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva şifahi olaraq bildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.

Qeyd edək ki, belə hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınıb.

Böyütmək üçün şəkillərə klikləyin: