Azərbaycanda iki maşın toqquşub - YENİLƏNİB - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

14:47

Ötən gün axşam saatlarında Şəkidə yol qəzası baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə Məmmədəmin Rəsulzadə prospektində meydana gəlib. Hadisə zamanı Samir Qəhrəmanzadə idarə etdiyi NİVA markalı avtomobillə Məmmədəmin Rəsulzadə prospekti ilə əks istiqamətdə hərəkətdə olarkən, öz yolu ilə hərəkətdə olan Pirməmməd Əhmədovun idarə etdiyi "QAZ-3129" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində, xoşbəxtlikdən, xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

----------
16:11

Videonu izləmək üçün şəkilə klikləyin.