İsmayıllı meşələri od tutub yanır Day.Az представляет новость на азербайджанском языке.

İki gün öncə İsmayıllı dağlarında başlayan yanğın indiki saatlara qədər davam edir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, vəziyyətin ciddiliyinin nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 60-a yaxın əməkdaşı hadisə yerinə cəlb olunub.

Eləcə də kömək üçün əraziyə İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri və kənd sakinləri gəliblər. Ancaq səylər, hələ ki, nəticə verməyib. İki helikopter və bir təyyarənin də qatıldığı yanğınsöndürmə əməliyyatı ciddi və çətin şəraitdə davam etdirilir. "Kanal S"in İsmayıllı bürosundan verilən məlumata görə, yanğının Qara Qaya kəndi istiqamətində genişlənməsinin qarşısı alınıb, ancaq alov digər istiqamətdə yayılmaqda davam edir. Yanğının başvermə səbəbləri və dəyən ziyanın həcmi hələlik dəqiqləşdirilməyib.