Şəkidə yanğın yenidən alovlandı - YENİLƏNİB - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

----------
17:04

Şəkidə yanğın yenidən alovlanıb.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.

Yanğının qarşısını almaq üçün əraziyə ETSN-in Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.

---------
13:49

Milli.Az Kanal S-ə istinadən bildirir ki, artıq iki gündür, Şəkinin Oxud və Kiş kəndləri arasındakı dağlarda yanğın davam edir. Alov ətrafda olan kol-kos və ağacları öz cənginə alıb. Ötən gün günorta saatlarından başlayan yanğın 2 ha ərazini əhatə edib. Şəki Dövlət Yanğından Mühafizə Hissəsindən "Kanal S"-ə verilən məlumata əsasən, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün texnikadan istifadə mümkün olmadığından əraziyə FHN-in Şəki rayon DYMH-nin 60-a yaxın canlı qüvvəsi, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə avtomobillə getmək mümkün olmadığından yanğınsöndürənlər əraziyə çatmaq üçün 2-3 saat piyada yol qət etməli olublar. Oxud və Kiş kəndlərindən də 100-dən çox yerli sakin alovun söndürülməsi üçün yanğınsöndürənlərə kömək göstərirlər. Yanğının məhdudlaşdırılması istiqamətində səylər davam etdirilir. Alovun hansı səbəbdən qaynaqlandığı hələlik məlum deyil.

---------
10:34

Milli.Az Kanal S-ə istinadən bildirir ki, artıq iki gündür, Şəki ərazisindəki dağlarda yanğın hadisəsi baş verir.

Şəki Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata əsasən, yanğın yerinə, demək olar, idarənin 60 nəfərlik canlı qüvvəsi cəlb olunub. Məlumatlara görə, alov ətrafda olan kol-kos və ağacları öz cənginə alıb. Alovun geniş bir ərazini bürüdüyü bildirilir. Hadisə yerinə avtomobillə getmək mümkün olmadığından yanğınsöndürənlər əraziyə 2-3 saat yol qət etməli olublar. Hal-hazırda yanğının davam etdiyi bildirilir. Alovun hansı səbəbdən qaynaqlandığı hələlik məlum deyil.

----------
17:04

Videonu izləmək üçün şəklə klikləyin: