Şəmkirdə 2 yaşlı qız "Prado"nun altında can verdi Day.Az представляет новость на азербайджанском языке.

Şəmkir rayonunda faciəvi hadisə baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Keçili kəndində 2 yaşlı qız "Toyota Prado" markalı avtomobilin altında qalıb.

Azyaşlı qız ehtiyatsızlıqdan avtomobil arxaya doğru hərəkət edərkən maşının təkəri altında qalaraq əzilib. Körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.