Sevgililərin fermada vüsalı və ya arabaya qurban getdi Day.Az представляет новость на азербайджанском языке.

Fermada çoban işləyən Xatınlı kənd sakini İlham Əhmədov at arabası ilə Qaraxanlı sakini Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman xoşagəlməz hadisə baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qadın arabadan düşərkən ayağı təkərə ilişib və arabanın altında qalıb. 56 yaşlı qadınla qeyri-rəsmi nikahda yaşayan Xatınlı kənd sakini, 84 yaşlı Məhəmməd Alıyev qadının onun fermasına gəldiyini bildirir.

Qadının öldüyünü görən arabanın sahibi onu yolda qoyaraq hadisə yerindən uzaqlaşıb. Amma çox keçməyib ki, Tovuz Polisi hadisəni törədən Xatınlı sakini İlham Əhmədovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.