13 yaşlı uşaq Bakı polisini ayağa qaldırdı

Day.Az представляет новость на азербайджанском языке.

Oktyabrın 31-də saat 11.37 radələrində "Sazz" internet şirkətindən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin "İdarəyə bomba qoyulub, qaçın" deyərək dəstəyi asması barədə məlumat daxil olub.
 

Dərhal müvafiq tədbirlər görülmüş və məlumat təsdiqini tapmamışdır. Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.