Şəmkirdə ferma yanıb Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 20.30 radələrindən başlayaraq, Şəmkir rayonunun Aşağı Seyfəli kəndi ərazisində Faiq Ələkbərova məxsus fermada güclü yanğın başlayıb.

Alovun qarşısını almaq üçün hadisə yerinə Şəmkir rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğınsöndürənlər alovun ətraf ərazilərə yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Ferma sahibinin sözlərinə görə, ərazidə xeyli sayda ev quşları saxlanılırdı. Onların böyük əksəriyyəti ətradakıların köməyi ilə yanğından xilas olunub.