Məktəb söküldü, ilanlar evə daraşdı Day.Az представляет новость на азербайджанском языке:

Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşan Yəhyayevlər ailəsi ilanların hücumuna məruz qalıb.

El TV (Region TV) xəbər verir ki, ailənin sağlamlıq imkanı məhdud olan uşaqları həyətdə oynayarkən ilanlar peyda olub. İlan sürüsünün uşağın ətrafında dolandığını görən ailə üzvləri qonşuların köməyi ilə ilanlardan yalnız birini öldürə biliblər.

Sakinlər ilanların belə tez çıxmasının səbəbini yaxınlıqda yerləşən köhnə tikilinin sökülməsində görürlər: "Uşaqlar heç yana çıxa bilmirlər. Əvvəllər yox idi. Burada 20 ildir yaşayırıq. Bu məktəb binası söküləndən bəri dəfələrlə ilan görmüşük", - deyə kənd sakini Zərnigar Quliyeva bildirib.