Bakıda kişi özünü yandırdı Day.Az представляет новость на азербайджанском языке:

Bakıda 36 yaşlı kişi ofisdə özünü yandırıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Bir neçə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb.

N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nəsimi RPİ 21-ci Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, N.Fərəcov həmin ərazidə qanunsuz formada parkinq xidməti göstərirmiş. Buna görə də nəzarət etdiyi maşınlar polis tərəfindən cərimələnərək meydançaya aparılıb. Cərimələnən avtomobillər N.Fərəcova məxsus olmayıb. Maşın sahiblərinin ondan öz əmlaklarını tələb etməsindən sonra "stoyanşik" ofisə gedərək özünü yandırıb.