Evdən 15 min manat oğurlamış iki nəfər tutulub, biri axtarılır

Day.Az представляет новость на азербайджанском языке:

Lənkəran rayon sakininin evindən oğurluq etmiş şəxslərdən ikisi tutulub, biri isə müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 min manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlanması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rəhmanlı və M.Canızadə tutulublar.