Bakıda yanğın olub Day.Az представляет новость на азербайджанском языке:

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda hal-hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində Ağdam rayon məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.