Binəqədidə 4 nəfər xilas edilib

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Binəqədi rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Day.az-ın FHN-in saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 12:38-da başa çatıb.
 

Oxşar hadisə səhər saatlarında da baş verib. Binəqədi rayonu ərazisində liftdə qalan 2 nəfər saat 06:20-də xilas edilib.