Bakıda daha bir yanğın

Day.Az представляет новость на азербайджанском языке.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətandaşa məxsus tikiş fabrikinin ərazisində ümumi sahəsi 400 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.
 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.