Bakıda bəy ağır qəzaya düşdü

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda qəza zamanı sürücü idarə etdiyi avtomobili aşırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Şuşa şəhərciyi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Zaur Zabil oğlu Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobilin sükanı arxasında olarkən idarəetməni itirib.

Hadisə zamanı avtomobil aşdığından sürücü Z.Hüseynov xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Yaralıya tibbi yardım edilsə də, vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza sürücü Z.Hüseynovun elçilik günü baş verib. Valideynlərini sevdiyi qızın yaşadığı ünvana aparan sürücü geri qayıdanda qəza törədib.