Mercedes çırpıldı: sürücü yaralandı

Day.Az представляет новость на азербайджанском языке:

Avtomobilin sürücüsü xəsarət alıb.

Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir çəpərə çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.