“BMW X5” dərəyə yuvarlandı - BAKIDA - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:

---------
14:02

Bakıda baş verən yol qəzasında yaralanan şəxsin adı məlum olub.

APA-nın məlumatına görə, Bakı-Salyan yolunun Səbail rayonunun Bibiheybət qəsəbəsindən keçən hissəsində "BMW X5" markalı maşının dərəyə yuvarlanması nəticəsində avtomobilin sürücüsü, Tərlan Yadigar oğlu Rzayev xəsarət alıb.

Sürücüdən başqa avtomobildə sərnişin qismində bir qadının olduğu bildirilir. Lakin onun kimliyi hələlik məlum deyil.

---------
10:40

Hadisə Bakı-Salyan yolunun Səbail rayonunun Bibiheybət qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 

APA-nın məlumatına görə, "BMW X5" markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Qəza nəticəsində yola yanacaq dağılıb və təhlükəsizlik tədbirləri üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.