"Toyota" 56 yaşlı qadını öldürdü

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda 56 yaşlı qadın yol qəzasında ölüb.
 

Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini, İsmayıl İsmayılov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Səkinə Əliyevanı vurub. S. Əliyeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.