Nabranda istirahət edən cütlüyün oğurlanması ilə bağlı açıqlama - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:

---------
12:01

Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) bəzi saytlarda bu gecə Nabranda istirahət mərkəzlərindən birindən üç nəfərin 20-ə yaxın şəxs tərəfindən qaçırılması barədə xəbərlərə münasibət bildirib.

Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, həmin hadisədə hər hansı cinayət faktı yoxdur: "Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gecə rayon ərazisində insan alverinə qarşı reyd keçirib. Əməliyyat axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsız yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz. Yayılan məlumatlar kökündən yalandır".

Qeyd edək ki, "Virtualaz.org" saytı bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olması barədə məlumat ayıb. Məlumatda qeyd olunur ki, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də "Bulaq" istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə həmçinin bildirilir ki, naməlum şəxslər gənc oğlan və qızla yanaşı, "Bulaq" istirahət mərkəzinin Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

---------
10:55

Ötən gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub.
 

Virtualaz.org saytının verdiyi məlumata görə, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də "Bulaq" istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə deiyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.
 

Naməlum şəxslər gənc oğlan və qızla yanaşı, "Bulaq" istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.