Daha bir gəncin cəsədi dənizdən tapıldı

Day.Az представляет новость на азербайджанском языке:

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Dövlətov Mehman Elman oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.


M.Dövlətovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarııb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:05-də başa çatıb.