Xaçmazda ağır yol qəzası, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün axşam saatlarında Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xudat-Nabran yolunun 7-ci km-də qeydə alınıb.

Xaçmaz istiqamətdə hərəkətdə olan 40 BM 684 nömrəli "Vaz 2106" ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn, Bakı şəhər sakini Adil Qəhrəmanovun idarə etdiyi 10 SR 086 dövlət nömrə nişanlı "Mercedes" markalı maşınla, daha sonra Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Zamir Səfərovun idarə etdiyi 10 GG 395 dövlət nömrə nişanlı "Vaz 21010" markalı maşınla toqquşub və aşıb.

Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Xudat Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Firuzə Baxşıyeva və Xaçmaz rayon sakini, 1956-cı il təvəllüdlü Aktifa Həsrətova ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfər isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar, Quba rayon sakinləri, 1992-ci il təvəllüdlü Emin Yunusov, 1993-cü il təvəllüdlü Namiq Manafov, 1992-ci il təvəllüdlü Ənvər Balayev, 1992-ci il təvəllüdlü İlkin Abdullayev və 1994-cü il təvəllüdü, Xaçmaz rayon sakini Zamir Səfərovdur. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.